10 C
Baku
Thursday, December 12, 2024

ARDNF-in aktivlərinin olduğu valyutalardan biri ucuzlaşmağa başladı

Cənubi Koreyanın milli valyutası – von Şimali Koreyanın ballistik raketi sınağdan keçirməsi xəbəri ilə ucuzlaşmağa başlayıb.

“Bloomberg” agentliyinə istinadən, von ABŞ dolları ilə müqayisədə son 4 ayın minimal səviyyəsinə düşüb. Qeyd edək ki, hazırda məzənnə 1 150 KRW/USD-yə bərabərdir. İyunun 27-28-də xarici investorlar 2 trln. von (1,7 mlrd. ABŞ dolları) həcmində dövlət istiqrazı satıblar.

ABŞ-da uçot dərəcəsinin artması nəticəsində Amerika istiqrazları üzrə faizlərin yüksəlməsi İndoneziya istiqrazlarına marağı azaltdığından, bu ölkənin yerli valyutası – rupi də ucuzlaşmağa başlayıb. Nəticədə, məzənnə 13,93 IDR/USD-yə yüksələrək mayın 19-dan etibarən ən yüksək səviyyəyə çatıb. Xarici investorlar iyunun 30-da 1,5 trln. rupilik (112 mln. dollarlıq) İndoneziya dövlət istiqrazı satıblar.

Xatırladaq ki, Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinin 1,3%-i, yəni 430 mln. dollarlıq hissəsi Koreya vonunda aktivlərə yatırılıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər