6 C
Baku
Sunday, December 15, 2024

ARDNF-in bu il manatı ‘qorumaq’ üçün banklara satdığı valyuta 26% azalıb

2022-ci ilin valyuta hərracları bitdi və yola salınan 12 ay ərzində Azərbaycan Mərkəzi Bankından Dövlət Neft Fondunun dollar satışı öncəki iki ildən daha az oldu.

Banker.az xəbər verir ki, dekabr ayı ərzində  595.9 milyon ABŞ dolları satılmaqla, beləliklə 2022-ci ildə cəmi  4 milyard 949.5 milyon dollar cəmi banklar Fonddan valyuta əldə etdi.

Bu da 2021-ci illə müqayisədə 1 milyard 741.72 milyon dollar, yaxud 26.0% azdır.

2020-ci il üzrə cəmi 7 milyard 303.71 milyon dollar, 2021-ci ildə isə 6 milyard 691.2 milyon dollar satılmış oldu.

Öncəki yazılarımızda qeyd etdiyimiz kimi manatın məzənnəsinə əsas dəstək verən amil neft-qaz qiymətləri və onlarından daxil olan vəsaitlərdir. Qısaca bildirək ki, cari ildə neftin qiyməti müharibə şokundan 1 barrel üçün 80 dollardan 130-a qədər bahalaşması əhalini yerli valyutaya inamını artırdı.

Cari ildə Mərkəzi Bank özü də dolları bazara manat buraxmaqla almaqla ehtiyatlarını artırdığını etiraf etdi.

Aprel ayından noyabra qədər isə bankların əhalidən aldığı dollar satdığı həcmdən daha yüksək oldu.5665756656

Son xəbərlər
Digər xəbərlər