Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2019-cu ildə “Gaw Capital US Fund III” (H&H Retail) ilə Los-Anceles riteyl aktivə birgə investisiya yatırılmasına dair razılaşma əldə edib.
Bu barədə ARDNF-nin 2019-cu il üzrə illik hesabatında qeyd edilib.
Fondun bu birgə investisiyadakı payı 50 mln ABŞ dolları təşkil edir.
Bildirilib ki, 31 dekabr 2019-cu il tarixinə Fondun bu birgə investisiyadakı payının ədalətli dəyəri 85 mln manat təşkil edib.