8 C
Baku
Thursday, December 12, 2024

ARDNF maliyyə portfelinin idarəetməsini təkmilləşdirir

Azərbaycan Respublikası Dövlət Neft Fondu SimCorp Dimension portfel idarəetmə və mühasibat sisteminin quraşdırılmasını uğurla başa çatdırıb.

Bununla bağlı dünya maliyyə bazarlarında investisiyaların idarə olunması sistemlərinin aparıcı istehsalçısı olan SimCorp şirkəti məlumat yayıb.

“Simcorp Dimension sisteminin quraşdırılması, ARDNF-ni qabaqcıl investisiya portfelinin idarəetməsi, uçot-investisiya və mühasibat uçotu sistemi ilə təchiz edəcək. Bununla da ARDNF maliyyə portfelinin idarəetməsini daha da təkmilləşdirəcək.”

ARDNF-nin icraçı direktorunun müavini İsrafil Məmmədov bildirib ki, Fond mütəmadi olaraq investisiya portfelinin diversifikasiyası istiqamətində işləyir. “SimCorp Dimension sistemi bizə gələcəkdə yeni aktiv növlərinə investisiyaları daha rahat şəkildə həyata keçirməyə imkan yaradacaq. Bu sistem vasitəsilə biz hazırkı investisiya portfelimizi də daha səmərəli şəkildə idarə edə biləcəyik”, – deyə İ. Məmmədov qeyd edib.

APA

Son xəbərlər
Digər xəbərlər