18 C
Baku
Wednesday, May 15, 2024

ARDNF Türkiyə Mərkəzi Bankındakı depozitinin müddətini uzadıb

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) bu ilin yanvar ayında Türkiyə Mərkəzi Bankında (TMB) 6 ay müddətinə yerləşdirdiyi 1 milyard avro depozitin müddətini 5 ay (bu ilin sonuna qədər) uzadıb.

Bu barədə Fonddan bildirilib.

“Həmin depozit ARDNF-in investisiya strategiyası və qaydaları çərçivəsində, mərhələli şəkildə TMB-də yerləşdirilib. Bu yatırım həyata keçirilərkən onun Türkiyədə maliyyə sabitliyinə müsbət töhfə verməsi, eləcə də, cari bazar konyukturası nəzərə alınaraq depozitin müddətinin uzadılmasına qərar verilib”, – deyə açıqlamada qeyd olunub.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər