23 C
Baku
Tuesday, April 23, 2024

Argentina turistlərin ölkəyə girişi ilə bağlı qadağanı müddətini uzatdı

Argentina hakimiyyəti koronavirus pandemiyası ilə əlaqədar xarici vətəndaşlar üçün ölkəyə girişlə bağlı daha əvvəldən tətbiq olunan məhdudiyyətləri aprelin 30-dək uzadıb.

Bu barədə “TASS” xəbər verir.

Argentinaya ölkə vətəndaşları və onların qohumları, xüsusi viza almış əcnəbilər daxil ola bilərlər. Koronovirusun daha çox yayıldığı bölgələrdə gecələr yerli sakinlərin hərəkəti, kazino və insanların çox toplaşa biləcəyi obyektlərin fəaliyyəti qadağandır.

Qeyd edək ki, Argentinada yeni koronavirusa yoluxanların sayı 2,4 milyon nəfəri ötüb. Müalicə alan 57,1 mindən çox pasiyent vəfat edib.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər