18 C
Baku
Monday, April 29, 2024

Argentinada 2023-cü ilin sonunda inflyasiya 210%-i ötüb

Argentinada dekabrda qiymət artımı 25.5% təşkil edib, il ərzində inflyasiya 210%-i keçib. Bu barədə Respublika Statistika və Siyahıyaalma İnstitutunun dərc etdiyi məlumatda deyilir.

“İstehlak qiymətləri indeksinin ümumi səviyyəsi 2023-cü ilin dekabr ayında 25.5% artıb, 12 ay ərzində məcmu artım 211.4% təşkil edib”, – hesabatda bildirilir.

Dekabrın 10-da vəzifəsinin icrasına başlayan Argentina prezidenti Xavyer Miley daha əvvəl “La Red” radiosuna müsahibəsində demişdi ki, dekabrda inflyasiya “təxminən 25% olarsa, bu, hökuməti üçün böyük uğur olardı”.

Hesabat müəlliflərinin məlumatına görə, dekabrda ərzaq məhsullarının qiymətləri 29.7%, tibbi xidmətlər 32.6%, nəqliyyat 31.7% artıb.

Oktyabrda Argentinada inflyasiya 8.3%, noyabrda 12.8% təşkil edib. Noyabrın 19-da Miley dövlət başçısı seçildikdən sonra qiymət artımı daha da sürətlənib. Onun hökumətinin ilk tədbirlərindən biri dolların rəsmi məzənnəsini 1 dollar üçün 366 pesodan 800 pesoya qaldırmaq olub.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər