6 C
Baku
Sunday, December 15, 2024

Argentinada illik inflyasiya 1991-ci ildən bəri ən yüksək həddə çatıb

2022-ci ildə Argentinada inflyasiya 94,8%-ə yüksəldi. Statistika İnstitutunun və ölkənin siyahıyaalınmasının məlumatlarına əsasən, bu, 1991-ci ildən bəri maksimumdur.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Ötən ilin dekabrında Argentinada istehlak qiymətləri indeksi 5.1% artıb. Ən çox restoran və mehmanxanaların xidmətləri (7.2%), o cümlədən spirtli içkilər və tütün məmulatları (7.1%) artıb. Ərzaq məhsulları təxminən 4.7% bahalaşıb.

Argentinada inflyasiya artıq ikinci ildir ki, artıb. 2020-ci ildə 36.1%-ə çatıb, 2021-ci ildə bu rəqəm kəskin şəkildə artaraq 50.9%-ə çatıb. 2022-ci ilin noyabr ayının sonunda Argentina hökuməti neft şirkətləri ilə yanacağın qiymətinin artımını məhdudlaşdırmaq barədə razılığa gəlib. Bu tədbir 2023-cü ilin mart ayına qədər qüvvədə olacaq.

Son xəbərlər
Digər xəbərlər