28 C
Baku
Saturday, July 27, 2024

Argentinada qəfil yoxa çıxan qəpiklər

Təsəvvür edin: supermarketə gəlirsiniz və burada satıcı heç nə sata bilməyəcəyini deyərək sizdən üzr istəyir. Onda siz ehtiyaclarınızı ödəmək üçün kiçik bir mağazaya üzr tutursunuz. Hesabı ödəmək istədikdə isə satıcı xırda pul olmadığını bildirir. 

Belə bir qeyri-adi hadisə bir neçə il əvvəl Argentinada baş vermişdi. Heç kim başa düşə bilmirdi ki, Latın Amerikasında iqtisadiyyatına görə üçüncü yerdə olan bir ölkədə qəfildən qəpiklər necə yoxa çıxıb. Argentina rəhbərliyi adi vətəndaşları metalın yüksək dəyəri olduğundan onun oxşarını çıxarmaqda və hətta qəpikləri əritməkdə günahlandırırdı. Əhali isə öz növbəsində kifayət qədər qəpiyin zərb ediməməsində rəhbərliyi günahlandırırdı. Lakin 2008-ci ildə 500 milyon xırda pul hazırlanmışdı. Bütün bunlara baxmayaraq orada qəpik çatışmazlığı gündən günə artırdı.

Ticarət artıq bir dəhşətə çevrilmişdi. Pulun qalığını ödəmək artıq mümkün deyildi. Böyük mağazalar bu vəziyyətlə əlaqədar olaraq bağlandı, kiçik mağazalar isə qalıq əvəzinə çips və şokolad verirdilər. Hətta banklarda da eyni bir insana çox miqdarda qəpiyin verilməsi qadağan edilmişdi.

Bu vəziyyət isə yalnızca Buenos-Ayres avtobuslarının sürücülərinin xeyrinə oldu. Çünki burada gediş haqqını ödəmək üçün yalnız müəyyən nominallı qəpiklər qəbul olunurdu. Bu zaman ərzində sürücülər bu qəpikləri dəyərindən baha sataraq yaxşıca pul qazanmışdılar.

Son xəbərlər
Digər xəbərlər