13 C
Baku
Monday, May 20, 2024

“Arm” səhmləri ticarətin ilk günündə 25% bahalaşıb

Mikroprosessorların aparıcı istehsalçılarından biri olan Böyük Britaniyanın “Arm Holdings” şirkətinin səhmləri birjada ilk hərrac günündə 25% bahalaşıb. Nyu-Yorkun NASDAQ birjasında səhmlərin ticarəti dünən, sentyabrın 14-də başlayıb. Günün sonuna səhmlərin qiyməti hərracların açılışından dərhal sonra dünən 56 dollara qarşı 63.6 dollara çatıb.

“Arm”ın IPO 2023-cü ilin əvvəlindən bəri dünyanın ən böyük IPO-su olub. Yerləşdirmə zamanı Yaponiyanın “Softbank” korporasiyasına məxsus şirkət 4.87 milyard dollar cəlb edib.

Bir çox investorlar və ekspertlər “Arm”ın təkliflərinə hazırda çətin dövrlərdən keçən bütün IPO bazarı prizmasından baxırlar. “Arm”ın uğurlu IPO keçirməsi hər kəsin eyni şeyi edə biləcəyini ifadə edirmi? Yəqin ki, yox. Bəs şərait yaxşılaşırmı? Bəli”, – deyə “Financial Times” “Arm”ın IPO-sunda iştirak edən və anonim qalmaq istəyən bir bankirdən sitat gətirir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər