26 C
Baku
Saturday, July 27, 2024

Artıq işsizlər 190 manat üçün “online müraciət”i yalnız iş vaxtı edə bilərlər (Foto)

Bildiyimiz kimi, Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər Planında işsiz kimi qeydiyyata alınan şəxslərə aprel-may aylarında hər ay üçün yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmə verilməsi nəzərdə tutulub. Hazırda işsiz şəxslərin qeydiyyatı yalnız elektron qaydada aparılır.

Banker.az xəbər verir ki, artıq işsizlər 190 manat üçün onlayn müraciəti yalnız iş vaxtı edə bilərlər.

İşsizlik statusunuzu rəsmiləşdirmək üçün ilk olaraq www.e-sosial.az saytına daxil olmaq lazımdır. Əvvəllər onlayn müraciəti həftənin bütün günü istənilən vaxtda aparmaq mümkün idisə, artıq müraciətlərin qəbulu iş günləri 9:00-18:00-dək aparılır.

Onu da qeyd edək ki, birdəfəlik ödəməni yalnız işsizlik statusu rəsmiləşdirilmiş şəxslər ala bilər (qanuna əsasən, sahibkarlar, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olanlar, ailə kəndli təsərrüfatının üzvləri; əyani təhsil alan tələbələr və b. məşğul şəxs sayıldığından işsiz şəxs kimi qeydiyyata alına bilməzlər).

95366846 1438673869667672 2298810653101522944 n

Son xəbərlər
Digər xəbərlər