16 C
Baku
Thursday, May 2, 2024

Artıq mövcud olmayan peşələr

Gümüş mədənçisi

Qədim Romada gümüş əl ilə emal edilirdi. Kiçik oğlanları çox dərin dar mədənlərə salırdılar. Bu mədənlərdə havanın temperaturunun çox yüksək olması və zəhərli qazların mövcudluğu səbəbindən bu rejimdə yalnızca 3 ay sağ qalmaq mümkün idi. Lakin bu romalıları narahat etmirdi, belə ki, işçilər qullar idi.

Sterkorarius

Qədim Roma kanalizasiya sisteminin ilk təzahürlərinin meydana gəldiyi bir yer olaraq da məşhurdur. Lakin burada kanalizasiya xidməti mərkəzləşdirilmiş deyil, fərdi şəkildə idi. Və şəxsin yaşadığı yer tullantılar ilə dolduqda bir nəfər, heç nədən iyrənməyən şəxs gəlib bunları təmizləməli idi. Bu kim idi? Əlbəttə ki, sterkorarius!

Urinator

Urinatorun əsas vəzifəsi suyun 30 metr dərinliyinə qədər baş vurması idi. Adətən bu tikinti üçün konstruksiyaların qurulması üçün edilirdi. Suya baş vuranların başında hava ilə dolu xüsusi papaq və ayaqlarında yük olurdu. Ona bağlanmış kanat isə onu sahil ilə birləşdirirdi. Bu vəzifə bir zamanlar çox hörmət edilən və yüksək maaşlı iş idi.

Dəfn klounu

Dəfn kloununa ona görə pul ödəyirdilər ki, o rəhmətə gedən şəxs kimi geyinir, özünü çox şən aparır, rəqs və zarafatlar edirdi. Romalılar belə düşünürdülər ki, bu zalım ruhları qovmağa kömək edəcək və ölən şəxs o biri dünyada xoşbəxtlik qazanacaq. Dəfn mərasimi zamanı kloun cəsədin ətrafında qaçır, zarafatlar edir və onun davranışlarını təqlid edirdi. Bu klounların bəziləri yüksək ehtirama sahib idilər və onlar məşhur şəxsiyyətlərin və imperatorların dəfn mərasimini keçirmək şərəfinə nail olmuşdular.

Son xəbərlər
 ⁠
Digər xəbərlər