26 C
Baku
Saturday, July 27, 2024

Arzuolunmaz risk: “Lufthansa” və “American Airlines” Çinə uçuşları dayandırırlar

“Lufthansa” və “American Airlines” aviaşirkətləri “British Airways”, “Lion Air” və “United Airlines” aviaşirkətlərinə qoşularaq, Çinə uçuşları dayandırırlar.

Banker.az xəbər verir ki, şirkətlər koronavirusun yayılması ilə əlaqədar olaraq sərnişinlərin sağlamlığını qorumaq məqsədilə Çinə uçmaqdan imtina ediblər.

“American Airlines” Los-Ancelesdən Pekin və Şanxaya olan uçuşları fevralın 9-dan martın 29-dək dayandırır.

Xatırladaq ki, Çinə uçuşları qismən və ya tam dayandırmaq qərarına gələn aviaşirkətlərin siyahısı getdikcə genişlənir: “British Airways”, “Lion Air”, “United Airlines”, “Air Canada” və digərləri.

Yaxın gələcəkdə hər şey dəyişə bilər, buna görə Ümumdünya Səhiyyə Təşkilatı qlobal fövqəladə vəziyyətin elan edilməsi ilə bağlı mövqeyini yenidən nəzərdən keçirmək qərarına gəlib.

Son xəbərlər
Digər xəbərlər