6 C
Baku
Sunday, December 15, 2024

“Asan İmza” layihəsinin rəhbəri Avropanın Top-100 innovativ liderləri sırasında

Mərkəzi və Şərqi Avropa ölkələrindən Top-100 innovativ liderlərin siyahısı tərtib edən New Europe 100 beynəlxalq öz yeni reytinqini nəşr edildi. Bu siyahıda öz fəaliyyətləri ilə cəmiyyətin inkişafı və yaxud biznesin effektivliyinə əhəmiyyətli dərəcədə töhvə vermiş insanlar yer alır.

Banker.az Financial Times nəşrinə və NE 100 layihəsinin saytına istinadən xəbər verir ki, reytinqdə həmçinin Azərbaycanın B.EST Solutions IT-şirkətinin və “FEMMES DIGITALES” – Azərbaycan qadınlarının İKT Klubunun təsisçis təsisçisi, Asan İmza mobil elektron imza layihəsinin rəhbəri Yana Krimpe də yer alıb.

Qeyd edək ki, Yana Krimpe ölkənin inkişafına yönəlik xidmətlərinə görə “Azərbaycanın sadiq səfiri” nominasiyasında Avropanın 100 innovativ liderləri reytinqinə daxil edilib.

NE 100 iştirakçıları Avropada və həmçinin dünyada yaşayan digər insanlar üçün faydalı tətbiqetmələr yaradır, sosial təşəbbüslər ilə çıxış edir, layihə və texnologiyalar həyata keçirirlər.

Bu ilin “New Europe 100” reytinqinin finalçıları sırasında pilotsuz avtomobillərin avtonom rejimdə idarə edilməsi üçün proqram təminatı, hamilə qadınlar üçün nəzərdə tutulmuş telesəhiyyə şirkəti, animasiya edilmiş jestləri dəstəkləyən messencer proqramı, innovativ mobil identitet və imza xidməti və s. layihələr var.

Reytinqin yekun siyahısı layihənin tərəfdaşları və geniş ictimaiyyət tərəfindən təqdim edilmiş namizədlərin arasından seçilib. Cari ildə siyahıda ən böyük finalçı qruplarını biznes sahəsində (54%), ictimai təşkilatlarda və siyasətdə (29%), elm sahəsində (10%) və KİV və mədəniyyət sahələrində (7%) fəaliyyət göstərən ayrı-ayrı şəxslər və qruplar təşkil edir.

Asan İmza layihəsinin rəhbəri Yana Krimpe vurğulayıb: “Yeni Avropanın ən istedadlı insanlarının daxil edildiyi belə bir nüfuzlu siyahıda yer almaq böyük şərəfdir. Şübhəsiz ki, bu təkcə mənim əməyimin bəhrəsi deyil, bizim komandanın birgə zəhmətinin nəticəsi və ümumilikdə bütün Azərbaycanın nailiyyətidir. Bu bir növ mənim üçün sevimli Azərbaycanda son 10 il ərzindəki fəaliyyətimin nəticəsidir. Artıq qlobal çağırışları qəbul etmək və Azərbaycanın innovasiyalarını onun hüdudlarından kənarda təmsil etmək zamanı yetişib. Dünyanın müxtəlif nöqtələrində “Asan İmza” innovasiyasının nüfuzlu ekspertlər tərəfindən nümunə göstərilməsini eşitmək mənim üçün böyük sevincdir”.

“New Europe 100” layihəsi Mərkəzi və Şərqi Avropa regionunda innovativ fəaliyyətin dəstəklənməsinə istiqamətində tərtib edilir. Layihə 3 ildir ki, “Res Publica” fondu, “Google” korporasiyası, Beynəlxalq Vışeqrad fondu və “Financial Times” dərgisi tərəfindən həyata keçirilir. Layihə üzrə ötən illərin reytinqlərində Estoniyanın keçmiş Prezidenti Tomas Hendrik İlves, Slovakiyanın Prezidenti Andrey Kiska, “Skype” xidmətinin təsisçilərindən biri, dünyada ikinci ən nəhəng mobil tətbiq dükanının yaradıcısı və digər nüfuzlu siyasət və biznes xadimləri yer alıblar.

Son xəbərlər
Digər xəbərlər