9 C
Baku
Friday, December 13, 2024

“ASAN Könüllüləri” təşkilatına yeni sədr seçildi

“ASAN Könüllüləri” təşkilatının növbəti hesabat-seçki qurultayı keçirilib. Tədbir COVID-19 pandemiyası şəraitinə uyğun olaraq video- konfrans formatında təşkil olunub.

“ASAN Könüllüləri” Təşkilatının sədri Səbinə Cabarova könüllərlə iş sahəsində görülmüş tədbirlərə, təşkilat tərəfindən reallaşdırılmış layihələrə dair hesabat məruzəsi edib.

Sonra qurultayın gündəliyinə uyğun olaraq “ASAN Könüllüləri” Təşkilatının yeni sədrinin seçilməsi məsələsinə baxılıb. Təşkilatın İdarə heyətinin yekdil qərarı ilə Emiliya Bayramova yeni sədr seçilib.

 

 

Son xəbərlər
Digər xəbərlər