9 C
Baku
Thursday, December 12, 2024

Asan oxunan və tez yaddaqalan CV

Müasir zamanda, iş tələbinin yüksək olması səbəbindən, rekruterlər namizədlərin CV-lərinin hər birinin ayrılıqda analizinə daha az vaxt sərf etmək məcburiyyətində qalırlar. Qısaca nəzər salmaq  hər hansı bir namizədi müsahibəyə çağırıb-çağırmamaq üçün qərar verməyə kifayət edir, iş görüşməsində isə daha yaxından tanış olmaq mümkündür.

Sizin CV-izin növbəti mərhələyə keçənlər arasında olmasına, yəni seçilmişlərdən biri olmağa  nail olmaq üçün, sizə beş əsas məsləhət verəcəyik. Bu tövsiyələr sizə öz təqdimatınızı daha yaxşı hazırlamağa və namizəd olduğunuz vəzifəyə bir addım daha yaxın olmağa kömək olacaqdır.

 1. Öz təhsilini və işgüzar həyatın mümkün olduğu qədər 1, maksimum isə 2 səhifədə cəmləməyə çalış.

2. Bu işi yaxşı təşkil olunmuş formada, xronoloji ardıcıllığa fikir verərək və tarixləri qeyd edərək həyata keçir.

3. CV-ni təkrar yoxla və diqqət yetir ki, hərf səhvləri olmasın, yoxsa rekruter düşünər ki, hətta düzgün “yazmağı da bacarmırsınız”.

4. Faktları dəqiq qeyd et: tabeliyində neçə əməkdaş olub, hansı vəzifəni tutmusan, əməkhaqqının miqdarı, neçə müddət işləmisən.

5. Həddindən artıq qəliz dildən istifadə etmə, bəzək-düzəkli ifadələrə yol vermə.

Yaddan çıxartma ki, sənin CV-ni oxumağa görə məsul olan şəxsin əlində çoxlu sayda oxumalı olduğu digər CV-lər də vardır. Yaxşısı budur ki, sadə və aydın yazasan. Yaddan çıxartma ki, CV-ni bəyənməyən rekruterin fikrini dəyişmək çox çətin bir məsələdir. Ona görə də elə ilk başdan çalış ki, sənin CV-nin seçilmişlər sırasında olsun.

Son xəbərlər
Digər xəbərlər