5 C
Baku
Wednesday, February 21, 2024

“ASAN xidmət” mərkəzlərinə 19 milyonuncu müraciət qeydə alınıb

Rzayevlər ailəsinin 1 saylı Bakı “ASAN xidmət” mərkəzinə müraciəti “ASAN xidmət” mərkəzlərinə olan 19 milyonuncu müraciət kimi qeydə alınıb. Banker.az-a bu barədə qurumdan məlumat daxil olub.

Ailə 2 yaşlı övladı Amir Rza üçün Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilən ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi ilə bağlı müraciət edib və müvafiq xidmətdən yararlanıb.

Balaca Amirə ümumvətəndaş pasportu təqdim olunub və “ASAN xidmət” tərəfindən təşəkkürnamə ilə mükafatlandırılıb.

Son xəbərlər
Digər xəbərlər