9 C
Baku
Thursday, December 12, 2024

“ASAN xidmət” ödənişlərini ABB mobile ilə növbəsiz ödə!

®“ASAN xidmət” mərkəzlərində bəzi ödənişləri də artıq kassada növbə gözləmədən ABB mobile tətbiqi ilə onlayn yerinə yetirmək olar. Azericard prosessinq mərkəzinin bu günlərdə istifadəyə verdiyi “tezödə” xidməti buna şərait yaradır. Bu imkan hələlik şəxsiyyət vəsiqələrinin, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi xidmətlərinə aiddir. Belə bir imkandan faydalanmaq üçün istifadəçilər ABB mobile tətbiqində “tezödə” funksiyasını aktivləşdirməlidirlər. 

Hazırda “tezödə” xidməti istifadəçilərə başqa bir üstünlük də təqdim edir. Mastercard istifadəçiləri “tezödə” ilə apardıqları ödənişlərdən əlavə keşbek qazanırlar. Bunun üçün istifadəçinin ABB mobile tətbiqində istənilən Mastercard kartını seçib kart məlumatları hissəsində “tezödə”-ni aktivləşdirməsi kifayətdir. Ondan sonra kampaniya dövründə hər ASAN xidmət ödənişi istifadəçiyə 3 manat keşbek gətirir və müştəri komissiya haqqı da ödəmir. Kampaniya 30 iyuna qədər davam edəcək. “tezödə” funksiyası barədə ətraflı məlumatları buradan əldə edə bilərsiniz. 

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/  rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar. 

Son xəbərlər
Digər xəbərlər