Hər il mart ayının son şənbə günü dünyada “Yer saatı” aksiyası keçirilir. Məşhur binaların fasad işıqları yerli vaxtla saat 20:30–da bir saatlıq söndürülərək iqlim dəyişikliyinə diqqət çəkilir.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən Banker.az-a bildirilib ki, agentlik bu il də xidmət mərkəzlərinin fasad işıqlarını 1 saatlıq söndürməklə bu hərəkata qoşulacaq. Aksiya martın 30-da keçiriləcək.