25 C
Baku
Saturday, July 27, 2024

“ASB Bank”dan son 3 ayda müştəriləri 126 mln. manatı depoziti geri çəkib

“Azersun Holding”in bankı “Azərbaycan Sənaye Bankı” ASC (ASB Bank) 2018-ci il üzrə cəmi öhdəlikləri azlaraq 730,28 mln. manat təşkil edib ki, bu da öncəki ilin müvafiq dövrü ilə müqayisədə 15% azalma olması deməkdir.

Banker.az xəbər verir ki, bu barədə bankın 2018-ci il üzrə açıqladığı maliyyə hesabatında bildirilir.

Hesabata görə, ötən ilin IV rübündə müştərilər tərəfindən banka yatırılan əmanətlərin həcmi 558,36 mln. manat təşkil edib ki, bu da ilin III rübü ilə müqayisədə 125,7 mln. manat, yəni, 18,4% azalma olması deməkdir.

2017-ci ilin müvafiq dövrü ilə müqayisədə isə  70,3 mln. manat, yəni, 11% azalma olması deməkdir.

Xatırladaq ki, “Azərsun Holdinq”ə daxil olan “Azərbaycan Sənaye Bankı” ASC-nin səhmlərinin 98,4252%-i “Anadolu İnvestment Kompani” MMC –yə, 1%-i Leyla Goozala, 0,5748%-i Azərbaycan Sənaye Lizinq Şirkətinə məxsusdur.

Son xəbərlər
Digər xəbərlər