12 C
Baku
Wednesday, December 11, 2024

“ASB Bank” manatda olan depozitin faizlərini əvvəlki vəziyyətə qaytardı (YENİLƏNİB)

SAAT 13:58/  “Azərbaycan Sənaye Bankı” 2 saat öncə müddətli əmanətinin illik ödəniş dərəcəsini 8 faizə endirdikdən sonra yenidən 11 faizə qaldırıb (əvvəlki halına qaytarıb). Bu barədə Bankın rəsmi internet səhifəsində qeyd edilir.


SAAT 11:14 / “Azersun Holding”in səhmdarı olduğu “ASB Bank” ASC (Azərbaycan Sənaye Bankı) fiziki şəxslər üçün nəzərdə tutulan manatla olan müddətli depozitin faizini 3% bəndi azaldıb.

Banker.az monitorinq qrupu bildirir ki, manatda olan bu depoziti bu günə qədər illik ödəniş dərəcəsini 11% ilə təklif etdiyi halda, bu gündən etibarən 8% müəyyən edəcək.

Digər bir dəyişiklik isə faiz ödənişlərinin müştərinin istəyilə – aylıq və ya müddətin sonunda mümkün olacaq (buna qədər yalnız ilin sonuna idi):
1 ay – 1%
3 ay – 2%
6 ay – 4%
9 ay – 6%
12 ay – 8%

Xatırladaq ki, bank hazırda milli valyuta ilə yanaşı, ABŞ dolları, avro, İngilis funtsterlinqi ilə əmanətlər cəlb edir.

Son xəbərlər
Digər xəbərlər