10 C
Baku
Friday, December 13, 2024

“ASB Bank”ın xərclərinin artması xalis mənfəətini 23% azaldıb

“Azersun Holdinq”ə yaxın olan “Azərbaycan Sənaye Bankı” ASC (ASB Bank) bu il xərclərinin artması hesabına əməliyyat mənfəəti azalıb.

Bu barədə bankın 2020-ci ilin III rübü üzrə təqdim etdiyi maliyyə hesabatında deyilir.

Hesabata görə, bank ilin ilk 9 ayı ərzində 24.8 mln. manat həcmində faiz gəliri, 12.19 mln. manat həcmində isə faiz xərci edib, bu da bankın xalis faizinin 12.61 mln. manat olması deməkdir.

Bankın komissiya və digər bank əməliyyatlarından (qeyri-faiz) gəliri 4.06 mln. manat və işçilər, inzibati və digər əməliyyat xərclərinin (qeyri-faiz) həcmi isə 11.08 mln. manat təşkil edib. Burada göründüyü kimi ötən ilin analoji dövrü ilə müqayisədə “ASB Bank”ın qeyri-faiz gəlirləri iki dəfədən çox azalmış, qeyri-faiz xərcləri isə 32% artmışdır.

Bu azalma öz növbəsində əməliyyat mənfəətini 36% azalmasına səbəb olmuş. Bankın əməliyyat mənfəəti 5.59 mln. manat olub.

Lakin, “ASB Bank”ın 0.81 mln. manat problemli aktivlərindən əlavə gəlirin olması hesabına bankın mənfəəti (vergidən öncə) 6.4 mln. manata yüksəltmişdir. Beləliklə bank, 1.27 mln. manat mənfəət vergisi ödəmiş və ilin yanvar-sentyabr ayları üzrə xalis mənfəəti 5.13 mln. manat olmuşdur. Ötən ilin müvafiq dövründə bu rəqəmin 6.65 mln. manat olduğunu nəzərə alsaq, bu il 23 faiz daha az xalis mənfəət götürməsi deməkdir.

23233223

Son xəbərlər
Digər xəbərlər