“Xətai Təchizat” ASC 2022-ci ildə mənfəəti 2021-ci illə müqayisədə kəskin azalıb.
“Xətai Təchizat” ASC 2022-ci ili 9 508 min manat mənfəətlə başa vurub. 2021-ci ildə şirkətin mənfəəti 36 746 min manat olub ki, bu da illik müqayisədə mənfəətin 4 dəfəyə yaxın azalması deməkdir.
Banker.az bu barədə ASC-nin maliyyə hesabatına istinadən xəbər verir.
Ötən il “Xətai Təchizat” ASC-nin satışdan gəlirləri 309 min manat (əvvəlki ilə nisbətən 28% az), əməliyyat və digər inzibati xərcləri 297 min manat, mənfəət vergisi 2 min manat təşkil edib.
2022-ci ilin 31 dekabrına “Xətai Təchizat” ASC-nin cəmi aktivləri 222 min manat olub.