26 C
Baku
Saturday, July 27, 2024

ASCO fond bazarında $50 mln. faizli borc cəlb edir

13 dekabr 2023-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) ümumi dəyəri 50 milyon ABŞ dolları olan istiqrazları premium bazar seqmentində listinqə daxil edilib.

Banker.az bunu BFB-yə istinad edir.

Qeyd olunan istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə həyata keçiriləcəkdir. Abunə yazılışı 18 dekabr 2023-cü il tarixində başlayacaqdır və 18 fevral 2024-cü ilədək davam edəcəkdir. Yerləşdirmənin başlanmasına ən azı 2 iş günü qalmış yerləşdirmənin baş tutacağı tarix BFB-nin internet səhifəsində investorlara açıqlanacaqdır. Yerləşdirmə üzrə anderrayter “PAŞA Kapital İnvestisiya Şirkəti” ASC-dir.

Dövlət qeydiyyat nömrəsi – İSİN AZ2002019340
İstiqrazların növü və forması Faizli, təmin edilməmiş, sənədsiz adlı
İstiqrazların sayı 50000 (ədəd)
Nominal Dəyəri 1000 ABŞ dolları
İllik faiz dərəcəsi 6%
Tədavül müddəti 5 il
Kupon faizlərinin ödəniş müddəti İldə iki dəfə (6 aydan bir olmaqla)

 

Son xəbərlər
Digər xəbərlər