16 C
Baku
Thursday, April 25, 2024

“Asel Kredit” BOKT kiçilib, mənfəəti kəskin azalıb

“Asel Kredit” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2021-ci ili 45 min 470 manat xalis mənfəətlə başa vurub. 2020-ci ildə isə BOKT 69 min 644 manat mənfəət edib ki, bu da illik müqayisədə 35% və yaxud 1.5 dəfə azalma deməkdir.

Banker.az bu barədə BOKT-un maliyyə hesabatına istinadən xəbər verir.

Bu il yanvarın 1-nə “Asel Kredit”in aktivləri 7 milyon 62 min manat olub ki, bu da illik müqayisədə 12% azdır. Bunun 6 milyon 406 min manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2021-ci ildə BOKT-un kredit portfeli 3.3% böyüyüb.

Hesabat dövründə “Asel Kredit”in öhdəlikləri 22% azalaraq 3 milyon 627 manata düşüb, balans kapitalı isə 1.3% artaraq 3 milyon 435 min manata çatıb.

Xatırladaq ki, “Asel Kredit” 2011-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 3 milyon manatdır.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər