7 C
Baku
Thursday, December 12, 2024

Asiya İnfrastruktur İnvestisiya Bankı Çinə ilk kreditini ayırıb

Azərbaycanın təsisçi-üzv olduğu Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) Direktor Şurası Çinin təxminən 510 kəndinin istilik sistemlərinin ölkənin təbii qaz təchizatı şəbəkəsinə birləşdirilməsi layihəsinə 250 milyon ABŞ dolları kredit ayrılması barədə qərar qəbul edib.

AZƏRTAC bankın məlumatına istinadla xəbər verir ki, layihə Çində daş kömür istehlakının illik 650 min ton aşağı düşməsinə, bununla da Çinin xüsusən şimal hissələrində əsas ekoloji problemlərdən olan hava çirkliliyinin azalmasına xidmət edəcək.

Qeyd edək ki, Çində iqtisadi inkişafın müşahidə olunduğu illərdə hava çirkliliyi əsas ekoloji problem kimi ortaya çıxıb. Fabrik və zavodlarda, istilik təchizatı müəssisələrində və istilik elektrik stansiyalarında yanacaq kimi daş kömürdən geniş istifadə olunması, habelə sayı sürətlə artan avtomobillərin atmosferə buraxdığı zərərli maddələr hava çirkliliyinin əsas səbəbi kimi göstərilir. Ölkədə çirkli dumanın müşahidə edildiyi günlərdə atmosfer havasındakı zərərli maddələrin miqdarı Dünya Səhiyyə Təşkilatının müəyyənləşdirdiyi normadan 10-20 dəfə çox olur. Son illər Çin hökuməti bu problemin həlli istiqamətində əhəmiyyətli addımlar atmağa başlayıb. Bunların da ən əsası daş kömürdən istifadənin minimuma endirilməsi ilə bağlı işlərdir

Son xəbərlər
Digər xəbərlər