10 C
Baku
Wednesday, December 11, 2024

Asiya İnkişaf Bankı Azırbaycanda dəmiryol layihəsinin başa çatacağı vaxtı açıqlayıb

Asiya İnkişaf Bankı (AİB) hazırda Azərbaycanda dəmiryol sektorunun inkişafı proqramı adlı layihəni maliyyələşdirir.

Bu barədə AİB-nin Azərbaycan üzrə direktoru Kendis MakDeyqan deyib.

Onun sözlərinə görə, layihənin ümumi dəyəri 400 milyon dollar təşkil edir.

“Bu proqram Azərbaycanda dəmiryol xidmətlərinin göstərilməsini və dəmiryol əməliyyatlarının maliyyə dayanıqlığını yaxşılaşdıracaq. Kredit siyasətinə əsaslanan layihə Azərbaycanın dəmiryol sektorunun inkişafında islahatları dəstəkləyir”, – K.MakDeyqan əlavə edib.

Layihə çərçivəsində uzunluğu təxminən 166 kilometr olan Sumqayıt-Yalama dəmiryol xətti bərpa olunacaq.

MakDeyqanın sözlərinə görə, layihənin 2024-cü ilin sonunadək başa çatdırılması planlaşdırılır.

“Biz hökumətin prioritetlərinə uyğun olaraq əsas nəqliyyat dəhlizlərinin tranzit imkanlarının artırılmasına əlavə yardım göstərməyə hazırıq ki, bu da regional əməkdaşlığa və Qafqazdan kənarda dayanıqlı ticarətə töhfə verə bilər”, – o əlavə edib.

Bu günə qədər AİB Azərbaycana dövlət sektoru üçün ümumi məbləği 3,7 milyard dollar olan 65 kredit, qrant və texniki yardım ayırıb. AİB-nin Azərbaycandakı hazırkı suveren portfelinə 856,8 milyon dollar məbləğində 2 kredit və 1 suveren zəmanət daxildir.

Son xəbərlər
Digər xəbərlər