24 C
Baku
Friday, April 26, 2024

Asiya İnkişaf Bankı Gürcüstana 100 mln. dollarlıq kredit ayırıb

Asiya İnkişaf Bankı COVID-19 pandemiyasının yayılmağının qarşını almaq, yerli müəssisələrə dəyən ziyanın yumuşaldıması və əhalinin dolanışığını yaxşılaşdırmaq üçün Gürcüstana 100 mln. ABŞ dolları həcmində kredit xətti təsdiq edib.

Təsdiqlənən kredit xətti dövlətin sosial yardım tədbirlərini maliyyələşdirməyə kömək etməklə,  böhrana daha həssas olan əhaliyə dəstək olacaq. Bura pandemiya nəticəsində işlərini itirə biləcək 350 000-ə qədər rəsmi sektor işçisi üçün müvəqqəti ödənişlər, 250 000-ə qədər qeyri-rəsmi və ya özünə işləyən işçilər üçün birdəfəlik ödəmələr, 1,2 mln. ailə üçün kommunal xidmətlər üçün subsidiya və altı aylıq doqquz əsas ərzaq məhsulunun qiymət dondurulması daxildir.

MənbəApa
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər