28 C
Baku
Saturday, July 27, 2024

Asiya milyarder sayına görə ABŞ-ı geridə qoydu

Banker.az xəbər verir ki, PwC şirkətinin həyata keçirdiyi araşdırmaya əsasən, Asiya ABŞ-ı üstələyərək sahib olduğu milyarder sayına görə ilk pilləyə yiyələnib.

2016-cı ildə Asiya ölkələrində 117 yeni milyarder peyda olub və hazırda onların sayı 637 nəfər təşkil edir. Onlar ümumilikdə 2 trilyon dollara sahibdir. Qitənin ən varlı şəxsi isə Alibaba şirkətinin əsasını qoyan Jack Ma-dır. Biznesmen 33 milyard dollara sahibdir.

ABŞ-da isə milyarderlərin sayı 563 nəfər təşkil edir. Onların ümumi sərvəti 2,8 trilyon dollar olaraq qiymətləndirilir. Ən varlı amerikalı 86 milyard dollara sahib Bill Gates-dir. Microsoft şirkətinin təsisçisi həmçinin dünyanın ən varlı şəxsi statusuna sahibdir.

Qeyd edək ki, Avropada 342, ümumilikdə dünyada isə 1550 milyarder var.

Son xəbərlər
Digər xəbərlər