10 C
Baku
Wednesday, December 11, 2024

Asiya ölkələrində sıxılmış təbii qazın qiyməti təqribən 10 dəfə artıb

Asiya ölkələrində sıxılmış təbii qazın yay qiymətləri yaxın gələcəkdə bu sahədə rəqabətin kəskin çoxalması ilə əlaqədar təqribən 10 dəfə artıb.

Bu barədə “Nikkei” qəzeti avqustun 3-də məlumat yayıb.

Bildirilir ki, sıxılmış təbii qazın qiymətləri əsasən ona tələbatın çoxaldığı qış fəslində kəskin artır, yay fəslində isə azalır. Qeyd edilir ki, 2019-cu ilədək Asiya bazarlarında yay qiymətləri 1 milyon BTU (Britaniya İstilik Vahidi) üçün 5 dollara bərabər olub. Yaponiya Milli Neft və Qaz Korporasiyasının məlumatına görə isə cari il iyulun 27-də bu göstərici 1 milyon BTU üçün 52 dollar həddinə qalxıb.

Qəzet yazır ki, Rusiyadan qaz tədarükünün azalması fonunda Avropa ölkələrində qazın qiymətinin artması sıxılmış qazı əsasən ABŞ və Avstraliyadan alan asiyalı tədarükçüləri rəqabətədavamlılığı qorumaq üçün tədarük qiymətini qaldırmağa məcbur edir. Bu, özünü xüsusən böyük valyuta ehtiyatlarına malik olmayan inkişaf etməkdə olan ölkələrə münasibətdə daha qabarıq göstərir. Nəticədə Pakistan, Banqladeş və Hindistan da daxil olmaqla bir çox ölkələrdə tədarük azalır.

Mütəxəssislər bildirirlər ki, sıxılmış təbii qaz bazarında rəqabətin artması öz növbəsində qiymətlərin də artmasına təkan verir.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər