9 C
Baku
Thursday, December 12, 2024

Asiya-Sakit Okean regionun genişmiqyaslı ticarət müqaviləsi 2020-ci ildə imzalanacaq

Tailand Cənub-Şərqi Asiya ölkələrinin 2020-ci ildə Regional Hərtərəfli İqtisadi Tərəfdaşlıq (RCEP) haqqında saziş imzalamaq niyyətində olduqlarını söyləyib.

RCEP (Regional Comprehensive Economic Partnership) ASEAN təşkilatının 10 üzvünü (Bruney, Myanma, Kamboca, İndoneziya, Laos, Malayziya, Filippinlər, Sinqapur, Tailand və Vyetnam) və altı iri ticarət tərəfdaşını (Çin, Yaponiya, Cənubi Koreya, Hindistan, Avstraliya və Yeni Zelandiya) birləşdirir.

Bütün bu ölkələr ticarət blokuna qoşulduğu təqdirdə, bu blok dünyanın ÜDM-nun üçdə bir hissəsini təşkil edəcək, mal və xidmətlər bazarlarına yeni çıxışı, şirkətlər üçün investisiya imkanlarını təmin edəcəkdir.

Hal-hazırda ASEAN-a sədrlik edən Tailand, qrupun “Regional Hərtərəfli İqtisadi Tərəfdaşlıq” (RCEP) sazişi ilə bağlı danışıqların başa çatmasını və RCEP müqaviləsini 2020-ci ildə imzalamaq öhdəliyinə dəstək olduğunu” qeyd edir.

“Bu açıq, inklüziv və qaydalara əsaslanan beynəlxalq ticarət sisteminə və dəyər yaratma zəncirlərinin genişlənməsinə böyük töhfə verəcəkdir”, – ölkənin mesajında deyilir.

Tailand hökumətinin nümayəndəsi Narumon Pinyosinwat bazar günü jurnalistlərə açıqlamasında ticarət nazirlərinin hələ də həll olunmayan mövzuları müzakirə etdiyini söyləyib. Onun sözlərinə görə, sazişin imzalanmasının 2020-ci ilin fevral ayı ətrafında olacağı gözlənilir.

Bəziləri RCEP müqaviləsini ABŞ-ın 2017-ci ildə çıxdığı Trans Sakit Okean Tərəfdaşlığı layihəsinin daha məhdud versiyası hesab edirlər.

 

 

Son xəbərlər
Digər xəbərlər