26 C
Baku
Saturday, July 27, 2024

Asiyada dünyanın ən böyük azad ticarət zonası yaradılıb

Asiya ölkələri azad ticarət zonası yaratmaq üçün müqavilə imzalayıblar. Bildirildiyi kimi, azad ticarət zonasının yaradılması barədə müqaviləni Çin, Yaponiya, Cənubi Koreya, Avstraliya, Sinqapur, Vyetnam və Yeni Zelandiya da daxil olmaqla Asiya-Sakit Okean regionun 15 ölkəsi imzalayıb.

Banker.az bu barədə xarici KİV_ə istinadən xəbər verir.

Ümumilikdə, bu ölkələrdə 2,2 milyard insan yaşayır, ÜDM-nin həcmi isə 26,2 trilyon dollara bərabərdir.

Qeyd edək ki, bu müqavilə təxminən 10 ildir hazırlanırdı. O, təchizat zəncirini gücləndirməli və elektron ticarət üçün yeni qaydalar yaratmalıdır. Bundan əlavə, razılaşma iştirakçı ölkələr arasında tarifləri ən azı 92% azaldılmasına imkan verəcək. Eyni zamanda gömrük prosedurları da asanlaşacaq.

Xatırladaq ki, 2019-cu ildə Hindistan razılaşmada iştirak etməkdən imtina etmişdir. Ölkə rəhbərliyi bu yeniliklərin yoxsul vətəndaşların rifahını pisləşdirə biləcəyinə inanmışdır. Bundan əlavə, razılaşmadan imtina edilməsi Hindistan bazarında yerli malların əvəzinə Çin mallarının yer alması ilə əlaqədar olmuşdur. Bu, yerli istehsalçıların iflasına səbəb ola bilər.

2020-ci ilin may ayında “Goldman Sachs” Hindistan tarixindəki ən pis iqtisadi enişini proqnozlaşdırmışdır – ÜDM bir rübdə 45% azalacaq.

Son xəbərlər
Digər xəbərlər