24 C
Baku
Çərşənbə axşamı, Sentyabr 21, 2021

Asiyanın ən bahalı mənzili satılıb

Screen Shot 2021 09 02 at 14.34.20

Honkonqlu developer Viktor Liyə məxsus “CK Asset Holdings Ltd.” Honkonqdakı mənzili Asiya üzrə rekord qiymətə – 459 milyon Honkonq dollarına (59 milyon ABŞ dolları) satıb.

“Bloomberg” xəbər verir ki, beş yataq otağı olan lüks mənzil 314 kvadratmetr yaşayış sahəsinə malikdir və prestijli Mid Levels rayonunda yerləşir.

Alıcının adı açıqlanmır.

Qeyd edək ki, Honkonq əmlak qiymətlərinə görə mütəmadi olaraq müxtəlif reytinqlərin zirvəsində gəlir. “Demographia” ictimai təşkilatının hesablamalarına görə, 2020-ci ildə dünyanın ən əlçatmaz mənzillərinin antireytinqində o, 11-ci olub. 2017-ci ildə elə Honkonqda Asiyada mənzil qiymətləri ilə bağlı əvvəlki rekord müəyyənləşdirilmişdi. Üstəlik, son bir ildə Honkonqda lüks mənzillərin qiymətləri kəskin şəkildə azalıb. “Jones Lang LaSalle” şirkətinin məlumatına görə, azalma illik ifadədə 8 % təşkil edib. Halbuki daha büdcəli əmlak üçün bu göstərici 1 % olub.

Screen Shot 2021 09 08 at 14.27.09
Mənbə:Report
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər