26 C
Baku
Saturday, July 27, 2024

Asiyanın ən varlı adamının sərvəti yenidən 100 mlrd. dolları keçib

“Adani Group” konqlomeratının qurucusu, bir vaxtlar Asiyanın ən varlı adamı olan Qautam Adaninin sərvəti 100.7 milyard dollara yüksəlib və “Bloomberg”in məlumatına görə, o, dünyanın ən varlı adamları siyahısında 12-ci yeri tutub. 2023-cü ilin əvvəlində, bir neçə gün ərzində hindli milyarderin sərvəti 37.7 milyard dollara qədər azalıb, Banker.az bu barədə Kommersant.ru-ya istinadən xəbər verir.

“Hindenburg Research” konsaltinq qrupunun hesabatından sonrakı il ərzində “Adani Group” əhəmiyyətli dərəcədə bərpa olub, borclarını ödəyə və investorların etimadını qazana bilib. Konqlomerat “Qatar Investment Authority”  və “TotalEnergies” də daxil olmaqla bir neçə böyük investordan vəsait cəlb edib.

Yanvar ayında Hindistanın Ali Məhkəməsi bazar tənzimləyicilərinə “Adani Group” ilə bağlı bütün davam edən araşdırmaları üç ay ərzində tamamlamağı əmr edib və məsələ ilə bağlı əlavə araşdırmalara ehtiyac olmadığını bildirib. Təkcə bu ilin əvvəlindən Qautam Adaninin şəxsi sərvəti 16.4 milyard dollar artıb.

Son xəbərlər
Digər xəbərlər