Çin daşınmaz əmlak nəhəngi “Country Garden”ın səhmdarı Yang Huiyanın təxminən 24 milyard dollarlıq sərvəti son bir ildə 11,3 milyard dollar əriyib.
Honq-Konqda ticarət edən “Country Garden”ın keçən həftə şirkətin likvidliyini artırmaq üçün səhmlərini satmağı planlaşdırdığını elan edib, bundan qısa müddət sonra – çərşənbə günü şirkətin səhmləri 15% ucuzlaşıb.
Banker.az xəbər verir ki, Çin dövlət mediasına görə, atası 2005-ci ildə “Country Garden”ı qızına təhvil verib və beləliklə, Huiyan Asiyanın ən zəngin qadını olub.
Bu arada, Çində daşınmaz əmlak böhranı güclənir. Ölkə üzrə 40 bank müflis olduğunu elan edib. Çin Mərkəzi Bankı ağır borc yükü altında olan sektora 148 milyard dollarlıq yardım paketi ilə dəstək verir.
Xəbər verdiyimiz kimi, Çində daşınmaz əmlak bazarına inam aşağı düşdüyünə görə bu ölkənin bankları ən pis ssenaridə 350 milyard dollar ipoteka itkisi ilə üzləşə bilərlər.