22 C
Baku
Monday, May 27, 2024

“ASK Ayaqqabı Fabriki” zərərlə işləməkdə davam edir

“Azərbaycan Sənaye Korporasiyası” ASC-yə məxsus “ASK Ayaqqabı Fabriki” MMC 2019-cu ili 75 min manat xalis zərərlə başa vurub. Halbuki, şirkət 2018-ci ildən 162 min manat zərərlə çıxmışdı.

2019-cu ildə “ASK Ayaqqabı Fabriki”nin satış hesabına əsas əməliyyat gəlirləri 3,423 milyon manat (2018-ci ildə olmayıb), satışının maya dəyəri 2,756 milyon manat, inzibati xərcləri 528 min manat (2018-ci ilə nisbətən 2,9 dəfə çox), maliyyə zərəri 1 min manat (2018-ci ildə olmayıb), fövqəladə zərəri 279 min manat (2018-ci ildə olmayıb), mənfəət vergisi ödəmələri isə 63 min manat təşkil edib.

2020-ci il yanvarın 1-nə “ASK Ayaqqabı Fabriki”nin aktivləri 10,654 milyon manat olub ki, bu da illik müqayisədə 9% çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 4,8 dəfə azalaraq 45 min manata düşüb, balans kapitalı isə 11% artaraq 10,608 milyon manata, o cümlədən nizamnamə kapitalı 11,6% artaraq 10,846 milyon manata çatıb.

Xatırladaq ki, “ASK Ayaqqabı Fabriki” 2018-ci ildə yaradılıb. Şirkət adından da göründüyü kimi ayaqqabı istehsalı ilə məşğuldur.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər