26 C
Baku
Saturday, July 27, 2024

ASK-nın törəmə müəssisələrində nizamnamə kapitalının formalaşması üçün audit aparılacaq

“Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyət ilə “BKR İŞIK Colsulting” MMC ilə müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, müqavilədə “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti törəmə müəssisələrinin nizamnamə kapitalının formalaşmasının düzgünlüyünün auditinin keçirilməsi və buna dair müstəqil auditor rəyinin (hesabatın) təqdim edilməsi xidməti nəzərdə tutulur.

Müqavilənin ümumi məbləği isə 7 min 500 manatdır.

Bildirək ki, “BKR İŞIK Colsulting” MMC 2008-ci ildə Azərbaycanda dövlət qeydiyyatına alınıb. Bu şirkətin nizamnamə kapitalı 100 manatdır və qanuni təmsilçisi Elçin Əliyevdir.

Onu da qeyd edək ki, Prezident İlham Əliyev 6 noyabr 2017-ci il tarixində “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin yaradılması haqqında fərman imzalayıb.

Son xəbərlər
Digər xəbərlər