28 C
Baku
Saturday, July 27, 2024

AŞPA prezidentinin Rusiyaya səfəri ləğv olunub

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Hendrik Damsın Rusiyaya səfəri ləğv olunub.

Rusiya Federasiya Şurasının mətbuat xidmətinin məlumatına görə, Rusiya Federasiya Şurasının sədri Valentina Metviyenko və AŞPA prezidenti Hendrik Damsın bu günə planlaşdırılan görüşü də ləğv edilib.

Federasiya Şurasından görüşün ləğv olunmasının səbəbi açıqlanmayıb.

AŞPA-dakı mənbənin “RİA Novosti”yə verdiyi məlumata görə, Hendrik Damsın Rusiyaya səfərinin ləğv olunmasına səbəb kimi onun COVID-19-lu xəstə ilə təmasda olması göstərilib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər