8 C
Baku
Thursday, December 12, 2024

Astara yük terminalının tikintisinin gələn ilin sonuna qədər başa çatması planlaşdırılır

Baş nazirinin müavini, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyanın həmsədri Şahin Mustafayev ilə İran İslam Respublikasının yol və şəhərsalma naziri, İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyanın həmsədri Mehrdad Bəzirpaş arasında iyulun 17-də İran İslam Respublikasının Astara şəhərində görüşdə iki ölkə arasında nəqliyyat-kommunikasiyaların inkişafına yönəlmiş layihələrin həyata keçirilməsi ilə bağlı müzakirə aparılıb.

Nazirlər Kabinetindən verilən xəbərə görə, bu barədə görüşün nəticələrinə dair kommünikedə bildirilib.

Qeyd edilib ki, Astara yük terminalının tikintisinin gələn ilin sonuna qədər başa çatması, Astaraçay üzərində avtomobil körpüsünün gömrük və sərhəd infrastrukturunun yaradılmasının tezliklə tamamlanmasının zəruriliyi bildirilib.

Son xəbərlər
Digər xəbərlər