27 C
Baku
Saturday, July 27, 2024

“Aston Martin” S. Ərəbistanın investisiya fonundan $772 mln. cəlb edib

Böyük Britaniyanın lüks idman avtomobil istehsalçısı “Aston Martin” borcunu ödəmək və gələcək məhsullarını inkişaf etdirmək üçün Səudiyyə Ərəbistanın investisiya fonundan 772 milyon dollar cəlb edib.

Banker.az bu barədə “İnc.ru”ya istinadən xəbər verir.

Bildirilir ki, avtomobil istehsalçısı Səudiyyə Dövlət İnvestisiya Fondunun xeyrinə 23.3 milyon yeni səhm buraxacaq. “Aston Martin”in ən böyük səhmdarı 18.7% paya sahib olan kanadalı milyarder Lourens Strollun “Yew Tree Consortium” investisiya fondudur.

İdarə Heyətinin sədri Lourens Stroll qeyd edib ki, yığılan vəsaitin yarısı borcların ödənilməsinə sərf olunacaq, ikincisi hissəsi isə qeyri-sabit iqtisadi vəziyyət şəraitində “yastıq” rolunu oynayacaq.

Xəbərlər əsnasında “Aston Martin”in səhmləri 28% artıb ki, bu da 2020-ci ilin may ayından bəri ən böyük sıçrayış olub.

Son xəbərlər
Digər xəbərlər