17 C
Baku
Monday, April 29, 2024

Aston Martin şirkəti yeni loqotipi qeydə alıb

Aston Martin şirkəti patent idarəsində yeni loqotipi qeydiyyatdan keçirmişdir. Bu barədə məlumatı Auto Guide nəşri vermişdir. Qeydə alınmış loqotipdə ənənvi qanadlardan və markanın adı mövcud deyildir.

Yeni dairə şəkilli loqotip “A” və “M” hərflərini formalaşdıran diaqonal xəttlərdən ibarətdir. Belə şəkilli loqotip keçən əsrin 20-ci illərində Aston Martin şirkəti tərəfindən istifadə edilmişdir. Sonradan bu gün tanıdığımız loqotip meydana gəlmişdir.43888 res 00

Ehtimallara görə, yeni loqotip ingilis istehsalçısının gələcək AM-RB 001 hiperı da daxil olmaqla, yeni modellərində tətbiq edilə bilər.

Yeni hiperkarın çəkisi min kiloqrama yaxın olmalıdır. AM-RB 001 modeli atmosfer tipli V12 mühərriki və KERS sistemi ilə hərəkətə gələn ortamühərrikli kupe olacaqdır. AM-RB001 hiperkarının hibrid qurğusunun ümumi gücü 1000 at qüvvəsi təşkil edəcəkdir. AM-RB 001 hiperkarının yerindən 320 km/saat sürətini 10 saniyəyə toplayacağı bildirilir. Bu sürətdən avtomobilin tam əylənməsi üçün beş saniyə vaxt tələb olunur.

43889 src


Ramin Musayev, Autograph.az

Son xəbərlər
 ⁠
Digər xəbərlər