5 C
Baku
Friday, February 23, 2024

“AstraZeneca” ABŞ-ın biotexnologiya şirkəti “CinCor”u 1.3 mlrd. dollara alır

“AstraZeneca” şirkəti hipertoniya və xroniki böyrək xəstəliyi üçün yeni müalicə vasitələrinin işlənib hazırlanmasında ixtisaslaşan Amerikanın biotexnologiya şirkəti “CinCor Pharma”nı almağa razılaşıb.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Müqavilənin şərtlərinə əsasən, Britaniya-İsveç şirkəti “CinCor”un hər  səhminə görə 26 dollar ödəyəcək ki, bu da yanvarın 6-da keçirilən hərraclarda bağlanış qiymətindən iki dəfə çoxdur. Şirkətin klinik sınaqlarının ikinci mərhələsinin nəticələri mübahisəli olub, buna görə də “CinCor”un səhmləri noyabrın sonunda dərhal 42% dəyər itirib. Buna baxmayaraq, şirkət klinik sınaqların üçüncü mərhələsini keçirmək niyyətindədir və “AstraZeneca” bunun uğurlu olacağına inanır.

Məlumata görə, müqavilənin dəyəri 1.3 milyard dollar təşkil edəcək. Razılaşmanın elanından sonra “CinCor”un səhmləri birjadankənar ticarətdə 130%-dən çox artaraq 27.50 dollara çatıb.

Son xəbərlər
Digər xəbərlər