17 C
Baku
Saturday, May 4, 2024

“Asus” dünyanın ən yüngül noutbukunu təqdim edib – Çəkisi 880 qramdır

“Asus” şirkəti dünyanın ən yüngül noutbukunu təqdim edib. Yenilik “Asus ExpertBook B9” adını alıb və artıq ABŞ bazarında satışa çıxarılıb. Korpusu maqnezium ərintisindən hazırlanmış bu noutbukun çəkisi cəmi 880 qram təşkil edir. Cihaz 14 düymlük Full HD displey, 16 GB və ya 32 GB operativ yaddaş, 1 TB və ya 2 TB SSD ilə təchiz edilib. Korpusun konstruksiyası ekranı 180 dərəcə əyməyə imkan verir.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Yeniliyin digər üstünlüklərindən biri iş müddətinin uzun olmasıdır – 16 saat. Eyni zamanda noutbukda USB Type-A, HDMI, micro-HDMI və 3.5 mm-lik portlar nəzərdə tutulur. “Asus ExpretBook B9” noutbukunun qiyməti 1.8 min dollardan başlayır.

Son xəbərlər
 ⁠
Digər xəbərlər