Tayvanın “ASUS” şirkəti yeni “ağıllı” saatını təqdim edib – “VivoWatch 5”.
Banker.az xəbər verir ki, Elektronika istehsalçısının rəsmi saytında yeni qadjetə həsr olunmuş səhifə olsa da, cihazın xarakterik xüsusiyyətləri tam açıqlanmayıb.
“VivoWatch 5” ürək döyüntülərinin sayı, qanda oksigen miqdarı, yuxu keyfiyyəti və stres səviyyəsinin 24/7 monitorinqini dəstəkləyir. Bundan əlavə, geyilə bilən cihaz bədən istiliyini ölçür, yandırılan kalorilərin sayını hesablayır və müxtəlif növ məşq rejimlərini dəstəkləyir.
“Ağıllı” saat GPS, NFC və LTE texnologiyaları ilə təchiz edilib. Avtonom rejimdə cihaz təxminən 14 gün işləyir. “VivoWatch 5”in qiyməti 395 dollar təşkil edir.