21 C
Baku
Saturday, May 4, 2024

ASUS yeni oyun planşetini təqdim edib

ASUS şirkəti yeni oyun planşetini təqdim edib. Yenilik Flow Z13 Acronym adını alıb. Bildirilir ki, onun 2023-cü il ərzində bazara çıxacağı gözlənilir. Planşetin qiyməti təxminən 2.5 min dollar təşkil edəcək.

Banker.az bu barədə Kommersant-a istinadən xəbər verir.

Flow Z13 Acronym modeli 13.4 düymlük IPS-displey, Intel Core i9-13900H prosessoru, NVIDIA GeForce RTX 4070 videokartı, 32 GB operativ və 1 TB-dək SD yaddaş alıb.

Yeniliyin əsas özəlliyi alüminium korpusdur. Planşet çıxarıla bilən tutacaqlar, cihaz və onun enerji təchizatı üçün daşıma çantası, şaquli quraşdırma üçün stend və çıxarıla bilən klaviatura ilə təchiz edilmişdir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər