13 C
Baku
Monday, May 20, 2024

“Atəşgah” Sığorta Şirkəti daha bir əməkdaşlıqla xidmətlərini əlçatan edir!

®Ölkəmizdə kasko sığortasını təqdim edən ilk bank tətbiqi olan “ABB mobile” ilə “Atəşgah” Sığorta Şirkətinin birgə əməkdaşlığı zəminində KASKO sığorta məhsulunun istehlakçılara daha rahat çatdırılması təmin olunacaq.

Belə ki, artıq “ABB mobile” istifadəçiləri “Atəşgah” Sığorta Şirkətinin KASKO sığorta məhsulunu bir neçə toxunuşla əldə edə biləcəklər.

Qeyd edək ki, KASKO sığorta məhsulu avtomobil sahiblərini yol-nəqliyyat hadisəsi, atılmış, yaxud düşmüş əşya, üçüncü şəxslərin qanunazidd hərəkətləri, oğurluq və s. zamanı dəymiş ziyanın maddi zərərindən azad edən mühüm bir məhsuldur. Nəzərinizə çatdırmaq istəyirik ki, son illərdə paytaxtda yaranan avtomobil sıxlığı nəticəsində qəzaların artması, kəskin dəyişən hava şəraiti nəticəsində avtomobillərin üzərinə sərt cismlərin, ağacların düşməsi və s. səbəblərdən vətəndaşlar arasında KASKO sığortaya olan tələbat artmışdır. Belə ki, “Atəşgah” Sığorta Şirkəti 2023-cü ilin cari ayına qədər 2475082,66 azn KASKO ödənişi həyata keçirmişdir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər