26 C
Baku
Saturday, July 27, 2024

«Atəşgah» Sığorta Şirkəti iki yeni vakansiya elan edib

Tibbi texniki  ekspert

Namizədə tələblər

• Yaş: 23-30
• Cinsi: xanım namizədlər
• Təhsil: Ali (və ya orta ixtisas)  tibb təhsili mütləqdir (təhsil alan tələbələr və rezidenturada işləyən namizədlər də müraciət edə bilər
• İş təcrübəsi: vacib deyil
• Dil bilikləri: Azərbaycan (əla), Rus (əla)
• MS Office proqramları üzrə biliklər(  Excel əla səviyyədə)

Əsas vəzifə öhdəlikləri

• Tibb müəssisələrindən  daxil olan reestrləri və tibbi sənədləri sistemə daxil etmək
• Tibb müəssisələrindən  daxil olan reestrlərin tibbi-iqtisadi və texniki ekspertizasını həyata keçirmək
• Tibb müəssisələrindən daxil olan elektron reestrlərdə təqdim olunan tibbi xidmətləri kodlaşdırmaq, qəbul tarixlərini, tibbi xidmətlərin sayını və məbləğini uyğunlaşdırmaq
• Tibbi-iqtisadi ekspertiza zamanı çatışmazlıqları aşkarlamaq
• KTS üzrə ödənilmiş aktları qovluqlara uyğun yerləşdirmək
• Birbaşa rəhbərin xidməti tapşırıqlarını vaxtında yerinə yetirmək

İş şərtləri

• Əmək müqaviləsi bağlanılır
• İş vaxtı 09:00 – 18:00
• İş günü 5/2  (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
• Əmək haqqı müsahibə əsnasında

Məlumatlandırıcı qeydlər

• Zəhmət olmasa, CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun
• CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədə uyğundur
• İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq
• Məktubun mövzu bölməsində, vakansiyanın adını MÜTLƏQ qeyd edin

Vakansiya ilə maraqlanan namizədlərdən CV’ lərini [email protected] -mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq  ’’ Tibbi  texniki ekspert  “qeyd etmələri xahiş olunur.


Marketinq və sığorta məhsullarının hazırlanması şöbəsinin mütəxəssisi

Namizədə tələblər

• Yaş: 23-30
• Təhsil: Ali
• İş təcrübəsi:müvafiq sahədə( marketinq sahəsində ) azı 1 il
• Marketinq və bazar araşdırmalarını dərindən bilməli
• Dil bilikləri: Azərbaycan (əla), Rus (əla), əlavə olaraq Ingilis dili  (əla)

Şəxsi keyfiyyətlər

• Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi
• Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı

Əsas vəzifə öhdəlikləri

• Marketinq strategiyasının tədbiqi planının hazırlanması və rəhbərə təqdim edilməsi
• Bazarda trendlərin, rəqiblərin və bazar payının analiz edilməsi
• Şirkətin ətraf mühitinin və daxili imkanlarının analiz edilməsi və yeni rəqabət üstünlüklərinin hazırlanması
• Marketinq sahəsində fəaliyyət planının hazırlanması və rəhbərə təqdim edilməsi
• Yeni məhsulların bazara salınmasını təşkil etmək (yeni ideyalar,reklam,PR etmək bacarığı)
• Şirkət üzrə brend istifadəsinə nəzarət
• Şirkətin PR və Reklam siyasətinin hazırlanması
• Reklam və PR sahəsində təbliğat kanallarının seçilmə kriteriyalarının hazırlanması
• PR və Reklam işlərinin aparılması
• Marketinq xərclərinin analizi və təkmilləşdirilməsi

İş şərtləri

• Əmək müqaviləsi bağlanılır
• İş vaxtı 09:00 – 18:00
• İş günü 5/2  (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
• Əmək haqqı müsahibə əsnasında

Məlumatlandırıcı qeydlər

• Zəhmət olmasa, CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun
• CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədə uyğundur
• CV formasında əsas məlumatları lokanik və aydın qeyd edin
• Unutmayın ki, namizədliyinizin baxılmasında, CV formanız mühüm rol oynayır. Bu səbəbdən xahiş edirik nəzərə alasınız ki, CV forması Sizin ilkin təqdimatınızı edən bir müraciət vasitəsidir
• İlkin mərhələ üçün CV formasından əlavə digər sənədlərinizin sürətinin göndərilməsinə ehtiyac yoxdur
• Məktubun mövzu bölməsində, vakansiyanın adını mütləq qeyd edin
• CV forması göndərmədən öncə vakansiya üçün vacib dəyərləndiriləcək şəxsi keyfiyyətlərlə tanış olun və müsahibə zamanı bu keyfiyyətləri nümayiş etdirə biləcəyinizə əmin olun
• İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq

Vakansiya ilə maraqlanan namizədlərdən CV’ lərini [email protected] -mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “ Marketinq və sığorta məhsullarının hazırlanması şöbəsinin mütəxəssisi “qeyd etmələri xahiş olunur.

Son xəbərlər
Digər xəbərlər