3 C
Baku
Saturday, December 14, 2024

“Atəşgah Sığorta”nın gəlirləri azalıb, şirkət kiçilib

“Atəşgah Sığorta” ASC 2020-ci ili 3.349 milyon manat xalis mənfəətlə başa vurub. Sığorta şirkəti 2019-cu ili isə 1.178 milyon manat xalis mənfəətlə bağlamışdır.

Banker.az bu barədə sığorta şirkətinin maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il “Atəşgah Sığorta”nın gəlirləri 32.661 milyon manat (illik müqayisədə 16.4% az), xərcləri 28.696 milyon manat (27% az) olub. 2019-cu ildə “Atəşgah Sığorta”nın gəlirləri 39.048 milyon manat, xərcləri 37.576 milyon manat təşkil etmişdir.

Bu il yanvarın 1-nə “Atəşgah Sığorta”nın aktivləri 36.815 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 10% azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 25% azalaraq 20.872 milyon manata düşüb, cəmi kapitalı isə 23.5% artaraq 15.943 milyon manata çatıb.

Xatırladaq ki, “Atəşgah Sığorta” 1996-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 5 008 500 manatdır. Şirkətin səhmlərinin 63%-i “ISR Holding” MMC-yə, 27%-i “Ran-Exim” MMC-yə, 10%-i isə Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsusdur.

Son xəbərlər
Digər xəbərlər