22 C
Baku
Friday, April 19, 2024

“Atəşgah Sığorta”nın sədri dəyişib

“Atəşgah” Sığorta Qrupu rəhbərliyində kadr dəyişikliyinin baş verdiyini bəyan edib. Bu barədə Banker.az maliyyə portalına SŞ-dən bildirilib.

“Atəşgah”  Sığorta Şirkəti Açıq Səhmdar cəmiyyətinin  Direktorlar Şurasının iclası və “Atəşgah Həyat” Sığorta şirkəti Açıq Səhmdar Cəmiyyəti Səhmdarlarının növbəti Ümümi Yığıncağı  keçirilmişdir.

Qəbul edilmiş qərara əsasən 2 oktyabr 2017-cil il tarixindən “Atəşgah” Sığorta şirkəti ASC-nin İdarə Heyətinin sədri Səfərov Tələt Abbasqulu oğlu “Atəşgah Həyat” Sığorta şirkəti ASC-nə Direktorlar Şurasının üzvü vəzifəsinə seçilmişdir.

“Atəşgah” Sığorta Şirkəti ASC-nin İdarə Heyətinin sədri vəzifəsinə isə “Atəşgah Həyat” Sığorta şirkəti  ASC-nin Direktorlar Şurasının üzvü Əliyev Azər Allahverdi oğlu təyin edilmişdir.

Qeyd edək ki, A.Əliyev daha əvvəl “Atəşgah” SŞ –nin Baş direktoru vəzifəsində, “Atəşgah” SŞ İdarə Heyəti sədrinin müşaviri, eləcə də uzun müddət Azərbaycan Sığortaçılar Assosiasiyasının rəhbəri kimi fəaliyyət göstərmişdir.

Son xəbərlər
Digər xəbərlər