9 C
Baku
Friday, December 13, 2024

ATƏT sədri regionda müharibə riskinin yüksək olduğuna dair xəbərdarlıq edib

“Bu gün ATƏT regionunda müharibə riski son 30 ildəkindən daha çoxdur”.

Bunu ATƏT-in fəaliyyətdə olan sədri, Polşanın xarici işlər naziri Zbiqnev Rau ATƏT Daimi Şurasının iclasında çıxışında deyib.

ATƏT sədri bildirib ki, təşkilata üzv ölkələr bu gün sülh və sabitliyə nail olmaq istiqamətində böyük çətinliklərlə üzləşiblər.

“Uzun müddət davam edən münaqişələr, hərbi toqquşmalar, radikalizm, terrorizm, silahlara nəzarət mexanizmindəki problemlər, COVID-19 pandemiyasının təsirləri, fundamental hüquqların pozulması və s. bütün bunlar qeyri-müəyyənlik, proqnozlaşdırıla bilməyən vəziyyət yaradır, cəmiyyətlərdə parçalanmaya, narahatlığa gətirib çıxarır”, – ATƏT sədri qeyd edib.

Son xəbərlər
Digər xəbərlər